Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2014
00:42
2152
Nömrə yerinə «Dostum evlənir» yazan 19 sürücü cəzalandırıldı - FOTO

Toy karvanlarında hərəkət edənlərin təhlükəli əməlləri bir yana, onların daha bir qayda pozuntusu həmişə müzakirə mövzusudur. Bu da avtomobilin dövlət nömrə nişanının üzərinə «Dostum evlənir», «Dostumun toyudur», «Xohbəxt olun» kimi sözlərin yazılmasıdır. Əvvəllər bunu edənlər avtomobilin yalnız bir nömrəsinin – qabaq və yaxud da arxa nömrəsinin üstünü belə şüarlarla örtürdülər. Amma indi yol polisinin belələrinə göz yummasının nəticəsidir ki, artıq hər iki nömrənin üstünü bu cür şüarlarla örtürlər. Özü də, indi yeni şüarlar da yazanlar var. Məsələn, fotoda gördüyünüz bahalı avtomobil iki gün əvvəl «Altun» saray restoranında toy məclisində olub və hər iki nömrənin üstünü bağlayaraq «Əmioğlu evlənir» şüarını yapışdırıb. Ondan başqa, həmin toy məclisində iştirak edən bir neçə nəfərin idarə etdiyi «Lexus» və «Lande Gruiser» markalı avtomobillərin də üzərində bu kimi şüarlar olub. Belə faktlara hər gün rast gəlmək olar. Hamısı da DYP əməkdaşlarının gözü qarşısında və ya Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinin kameraları görə-görə baş verir. Amma bu cür halların qarşısı nəinki alınıb, əksinə, daha da artıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bildirdiyinə görə, «Yol hərəkəti haqqında» Vyana Konvensiyasına və ölkəmizin milli qanunvericiliyinə əsasən, hər bir mexaniki nəqliyyat vasitəsinit, hətta onun qoşqusunun dövlət qeydiyyat nişanı, yəni nömrəsi olmalıdır. Dövlət qeydiyyat nişanı həmin nəqliyyat vasitəsini digərlərindən fərqləndirmək, yəni onu fərdiləşdirmək üçün əsas vasitədir. Bu səbəbdən qanunla müəyyən olunan standartlara uyğun dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinin yollarda hərəkəti qadağandır. Özü də avtomobillərin və əksər digər nəqliyyat vasitələrinin arxada və qabaqda olmaqla iki dövlət qeydiyyat nişanı lövhəsi olur. Bu lövhələrin hər ikisi yerində olmalıdır. Əks təqdirdə, belə nəqliyyat vasitələrinin hərəkəti yolverilməzdir. Məhz bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsi dövlət qeydiyyat nişanları və ya onlardan biri olmayan, saxta və ya mövcud standartlara uyğun olmayan, yaxud başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etməyə görə 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. Özü də dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsinin hərəkəti qadağan edildiyindən nömrəsinin hər ikisi və ya biri yerində olmayan, yaxud saxta olan avtomobil yol hərəkətindən kənarlaşdırılaraq saxlanılmalıdır. Əgər problemi 3 saat ərzində yerində aradan qaldırmaq mümkün deyilsə, həmin avtomobil mühafizə olunan duracağa qoyulmalıdır. Bu avtomobilin hər iki nömrəsi yerinə qoyulmayanadək onun mühafizə olunan duracaqdan götürülməsi mümkün deyil.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu ilin 8 ayı ərzində paytaxt ərazisində toy karvanlarında dövlət nömrə nişanının üzərini örtən 19 sürücü aşkar olunaraq inzibati məsuliyyətə cəlb olunub. Onların arasında həm nömrənin üstünü müxtəlif şüarlarla, həm də bəzək əşyaları ilə bağlayan sürücülər də var: «Nömrənin üzərinə «Dostum evlənir», «Xoşbəxt olun» kimi şüarlar yazıb yapışdırırlar. Eyni zamanda, gül, örtuk və digər bəzək əşyaları ilə nömrənin üstünü bağlayırlar. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları belə faktlara qarşı mübarizə aparır və aşkar olunan hər bir faktla bağlı dərhal tədbir görülür. Həmin sürücülər barəsində müvafiq qaydada tədbirlər görülür. Bundan sonra da mübarizəni davam etdirəcəyik. Hər halda, istərdim, sürücülər bilsin ki, bu cür əməllər qayda pozuntusudur və buna yol vermək olmaz. Sürücülər şüurlu şəkildə bunu dərk etməlidir».

P.S. Yəqin fotolara diqqətlə baxdıqda Türkiyədə bəy-gəlin maşınlarının üzərinə yazılan şüarlara da rast gəldiniz. Və gördünüz ki, bizdən fərqli olaraq, Türkiyədə belə maraqlı şüarları maşının üstünə yazırlar, nömrənin üstünə yox. Olsa da, orada çox nadir hallarda kimsə nömrənin üstünü bağlayıb belə şüarlar yazar. Amma Azərbaycanda toy karvanında gedən avtomobillər belə şüarları mütləq nömrənin üstünə yazmalıdır. Bu isə qanunvericiliklə qadağandır və cəriməsini də yəqin ki, bildiniz. Başa düşürük, toydur, sevinmək lazımdır. Amma qanunu pozaraq sevinənlərin axırı çox vaxt yaxşı qurtarmır.

Elməddin Muradlı/Avtosfer

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
569

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
413

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
432

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
475

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
504

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
483

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1077

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
876
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru