Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2014
15:55
Polis yas mərasimində ehsan süfrəsi açmağa icazə vermədi

Yas mərasimlərinin dəbdəbədən uzaq, sadə şəkildə keçirilməsi üçün tətbiq edilən qadağalar artıq ölkənin bütün rayonlarında həyata keçirilir.

Rayon icra hakimiyyətləri və yerli polis bütün yas mərasimlərinə ciddi nəzarət edir. İcra hakimiyyətlərinin nümayəndələri yas mərasimləri olan evlərə əvvəlcədən baş çəkərək qoyulan qadağa ilə bağlı xəbərdarlıq edirlər. Daha sonra polis əməkdaşları mərasimlərə gələrək qadağalara əməl edilib-edilmədiyinə nəzarət edir. İcra nümayəndələri mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tapşırıqların dövlət tərəfindən qoyulduğunu bildirərək hər kəsin bu qadağalara qeyd-şərtsiz əməl etməli olduğunu bildirir.

Bu qadağalara əməl olunmasına Bakıda xüsusilə ciddi nəzarət edilir. Belə ki, sentyabrın 2-də Zabrat qəsəbəsində keçirilən hüzr məclislərinin birində ev sahibi ehsan vermək istəyib. Lakin polis əməkdaşları məsələyə müdaxilə edərək buna imkan verməyib. Mərasim sahibləri buna əvvəlcə etiraz etsələr də sonradan bununla razılaşıblar.

Belə bir xəbərdarlıq Sabunçu rayonu ərazisində bu gün keçiriləcək yas mərasimlərinin sahiblərinə də edilib. Belə ki, sentyabrın 3-də Sabunçu rayonu ərazisində baş vermiş qəzada ölən 6 nəfərdən 4-nün yaşadığı məhəllədə - İlyas Aslanov küçəsində 4 yas çadırı qurulub. Polis əməkdaşları və icra hakimiyyətinin nümayəndələri məclis sahiblərinə ehsan verilməməsi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, sentyabrın 1-dən etibarən Azərbaycanda hüzr mərasimlərinin keçirilməsinə ciddi nəzarət başladılıb. Dövlət ehsan verilməsi qaydasına nəzarət etməyə başlayıb. İcra hakimiyyətlərinə, yerli din xadimlərinə, axund və mollalara insanların xəbərdar edilməsi ilə bağlı tapşırıqlar verilib.

Dövlətin qərarı ilə yas məclislərində süfrədə yalnız çay, qənd, limon, xurma və halva ola bilər./virtualaz

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3490

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Şərhlər
SHAHIN YASHAROQLU tərəfindən 05-09-2014 15:00:53 tarixində yazıldı
POLIS YAS MERASIMINDEXEYRAT SUFRESI ACMAQA ICAZE VERMEDI.
BU KIMI HALLARLA MUBARIZE APARILMASI UCUN POLISDEN ISTIFADE YALNISHDIR.ARTIQ 15 ILE YAXINDIR KI AQDASH RAYONUNDA XEYRAT MESELESI YIQISHDIRILIB.BUNU DOVLET ORQANLARI DEYIL,DINI IDARENIN YERLI EMEKDASHLARI VE EHALIININ BIRGE SEYI ILE ARADAN QALDIRDILAR .DININ AZ.R-DA EYBECER HALA SALINMASININ,DINI AYINLERIN ICRASI ZAMANI GELIR ELDE ETMEK ISTEYEN SHEXS VE SHEXSLERIN ORTAYA CIXARILMASI UCUN TEDBIR GORMEK LAZIMDIR .YOXSA POLISI(OZUDE DIN EMEKDASHLARININ QEYRI PESHEKAR QBILIYETI QARSHIDURMALARA ,NEQATIV HALLARA GETIRIB CIXARACAQ.DOVLETIN YALNISH SIYASETI OLKEDE DINI INANCLARIN QARSHIDURMASINA GETIRIB CIXARIB.BUNA NUMUNE CGOSTERIB BASHINIZI AQRITMAQ ISTEMIREM ,SADECE RAMAZAN AYINDA BAYRAM NAMAZI ILE BAQLI IKI TIRELIYIN OLMASI ,DININNE HALA SALINMASININ BARIZ GOSTERICISIDIR .O KI,QALDI DIGER HALLARA BUNLARIN ARADAN QALXMASI UCUNAQIL VE DUZGUN SIYASET ORTAYA QOYMAQ LAZIMDIR.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru