Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2014
14:40
Polis olmaq istəyənlərin nəzərinə!

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov tərəfindən cari ilin sentyabr ayının 27-də Lənkəran şəhərində bölgə üzrə keçiriləcək vətəndaşların qəbulu zamanı daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciət etmiş şəxslərin Lənkəran şəhər-rayon Polis Şöbəsinin inzibati binasının həyətində düzülüşü təşkil ediləcək.

Polisdə xidmətə qəbulla əlaqədar Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinlərinin qəbulu nəzərdə tutulub. Xidmətə qəbulla əlaqədar müraciət edənlər aşağıdakı şərtlərə uyğun olmalıdırlar.

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;

- boy ölçüsü 180 sm. (qadınlar üçün 170 sm);

- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük stajı olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;

- “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48273

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46327

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47956

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47561

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53144

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47194

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 11:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru