Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2014
13:01
1032
Taksi sürücülərinin qorxulu yuxusu olan qardaşlar saxlanıldı FOTO

Kriminal  Qaradağ rayon Polis İdarəsinin əməkdaşları taksi sürücülərinin etibarını qazanaraq, onlara qarşı dələduzluq edən iki nəfəri ələ keçirib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat zamanı Hacıqabul rayon sakinləri 46 yaşlı Qasım Bağırov və onun qardaşı 27 yaşlı Eyvaz Bağırov saxlanılıb.

İstintaq onların bir çox cinayətini sübuta yetirib. Məlum olub ki, saxlanılan şəxslər Qaradağ rayonu ərazisində taksilərə müştəri kimi əyləşərək ticarət obyektlərinin qarşısında düşüblər. Onlar sürücülərə bildiriblər ki, üstlərində xırda pul yoxdur. Mağazadan alış-veriş edib, çıxdıqdan sonra gedişhaqqını ödəyəcəklər.

Bağırov qardaşları bu azmış kimi hətta taksi sürücülərindən borc pul alaraq hadisə yerindən uzaqlaşıblar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər bu yolla 10-a yaxın taksi sürücüsünü aldadıb. Onların külli miqdarda pullarını mənimsəyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.

Gördüyünüz bu şəxslərin əməllərindən zərər çəkən digər vətəndaşlardan Qaradağ rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

ANS

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
53

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
603

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
434

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
453

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
496

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
525

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
501

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1099
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 09:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru