Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Sentyabr

2014
11:09
1872
Bakıda küçələrdə pulsuz Wi-Fi xidmətlərinin göstərilməsinə başlanılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsinə başlayır.

İB-dən qeyd ediblər ki, pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 ədəd olacaq: "Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək".

Birlikdən bildiriblər ki, İB-nin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Nöqtələrin çoxuna "Delta Telecom" provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir".

Qeyd edək ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.Trend

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru