Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2014
17:26
Polis şöbəsində saxlanılan şəxsin ölüm faktı araşdırılır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və komitənin Şirvan regional mərkəzinin rəhbəri Mehdi Səlimov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

E. Behbudovun verdiyi məlumata görə, Şirvan şəhər, Saatlı və Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində keçirilən monitorinq zamanı ciddi qanun pozuntusu aşkar olunmayıb: "Monitorinq zamanı bizə işgəncə və qeyri-insani rəftarla bağlı müraciət edən olmadı. Monitorinqin nəticəsi barədə daxili işlər naziri Ramil Usubova arayışla məlumat verəcəyəm".

E. Behbudov Sabirabad Rayon Polis Şöbəsində olarkən orada saxlanılan 1953-cü il təvəllüdlü Abbasov Məhərrəm Əliş oğlunun ölüm faktını da araşdırdıqlarını bildirib: "Həmin şəxsin avqustun 15-də saxlanıldığı kamerada ürək tutması olub. Dərhal təcili yardım çağırılıb və o Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib. Lakin ürək tutmasından xəstəxanada dünyasını dəyişib. Cəsədin üzərində hər hansı xəsarət izi olmayıb. Mənə verilən məlumata görə, ailə üzvlərinin də hər hansı tələbi və yaxud şikayəti yoxdur".APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3491

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru