Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2014
12:42
1285
Tərbiyəsiz sürücülər cəzalandırılacaqlar - VİDEO

Ətraf mühitin həm piyadalar, həm də sürücülər tərəfindən çirkləndirilməsi hallarına tez-tez rast gəlinir. Sürücülərin isə maşınların pəncərələrindən tullantıları atması onsuz da təmiz olmayan ekologiyanı bir az da çirkləndirir.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin videokameralarına çəkilən kadrlardan sürücülərin ətraf mühitin çirklənməsində nə qədər rolu olduğunu asanlıqla görmək olar. Məsələn, sürücünün siqaretin qutusunu yerə atdığının şahidi oluruq. Başqa bir kadrda isə sürücü içdiyi su qabı ilə ekologiyanı korlayır.

Bu cür misalların sayını kifayət qədər artıra bilərik. Ekoloq İslam Mustafayev deyir ki, ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün artıq “Avro 4” standartlarına keçilib: “Amma bununla yanaşı, sürücülər özləri də ekologiyanın təmizliyinə diqqət etməlidirlər. Bunun üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır.

Məsələn, qabaqda gedən sürücü əlində olan butulkanı atır. Bu arxadakı maşına da dəyə bilər. Yaxşı olardı ki, arxadan gələn sürücü də özündən əvvəldə gedən sürücünü saxlayıb ona bunun yaxşı olmadığını desin”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, sürücülərin ətraf mühiti çirkləndirməsi inzibati xəta hesab olunur və belə sürücülər aşkar edilərək məsuliyyətə cəlb olunurlar.

Ona görə də gəlin ətraf mühiti qoruyaq. Ən azı, özümüz əlimizə gələni minik vasitəsindən çölə atmayaq ki, bizim də azacıq ətraf mühitin təmizliyində payımız olsun./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
576

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
418

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
435

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
481

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
512

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
487

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1084

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
881
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 07:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru