Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2014
13:09
2597
Marşrut sürücüsünün əxlaqsız davranışı: `Az, düş, rədd ol maşınımdan”

Bakıda sərnişin avtobusunda əxlaqsızlıq olub. Hadisə şahidlərinin verdikləri məlumata görə, 46 saylı marşrutda sürücü qadın sərnişini təhqir edib. Hər şey sürücünün qadına: “Az, düş, rədd ol maşınımdan”, - deməsindən sonra başlayıb. 

Bu gün səhər saat 9.20-də “Neapol” dairəsi - 28 May marşrutu üzrə hərəkət edən 46 saylı avtobusda insident yaşanıb. Xətai heykəlinə yaxın ərazidə marşrutun sürücüsü orta yaşlı qadın sərnişini təhqir edib. Buna səbəb sərnişinin “niyə dayanacaqda saxlamırsız” iradı olub. Sürücü: “Az, düş, rədd ol maşınımdan, yaxşı edirəm, orada adam var, saxlayam?” - deyərək xanımı təhqir edib. Sürücü deyinə-deyinə avtobusdan düşməyə çalışan xanımı vurmağa da cəhd edib. Lakin avtobusda olan sərnişinlər buna mane olublar. Sərnişinlərdən biri mobil telefonunun videokamerası ilə olayı qeydə alıb. 

O, qeydi “Bakısərnişinnəqliyyatı” MMC-yə təqdim edəcəyini deyib. Sərnişinlər 46 saylı marşrut üzrə hərəkət edən 90 VT 341 nömrəli avtobusun Amil adlı sürücüsünün həddən artıq kobud və qaba adam olduğunu bildiriblər. Onların sözlərinə görə, böyük ehtimalla əsəbləri pozulmuş biri olan sürücü hər gün sərnişinlərlə dava edir, onları söyür.

Məsələ ilə bağlı “Bakısərnişinnəqliyyatı” MMC-nin mövqeyini öyrənə bilmədik./milli.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
111

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
68

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
148

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
92

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
103

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
91

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 17:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru