Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2014
12:20
Ünvanlı sosial yardım təyinatı avtomatlaşdırılacaq

FaktXəbər-in verdiyi məlumata görə, avqustun 27-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın növbəti iclası keçirilib. İclas ƏƏSMN-nin əhalinin sosial təminatının gücləndirilməsi, sosial xidmətlərin çeşidinin və keyfiyyətinin  artırılması, əmək hüquqlarının təminatına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahələrində aparılan işlər, bu sahələrdə yeni yanaşmaların tətbiqi barədə məlumatların mübadiləsinə həsr olunub.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  ölkənin sosial təminat və sosial xidmətlər sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi dünya təcrübəsi əsasında mühüm işlərin aparıldığını vurğulayıb: “Ötən ilin dekabrı da daxil olmaqla son 9 aya yaxın dövrdə cənab Prezident tərəfindən ölkə əhalisnin sosial təminatının gücləndirilməsinə xidmət edən 12 Fərman və Sərəncam imzalanıb. Həmin sənədlər sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bununla yanaşı, bizim üçün prioritet məsələlərdən biri dövlət qayğısının aztəminatlı əhali təbəqələrinə çatdırılması sistemini şəffaflıq prinsipi və müasir texnologiyalar əsasında davamlı olaraq təkmilləşdirməkdir. Bu istiqamətdə ən mühüm addımlardan biri ünvanlı dövlət sosial yardımının təyinatı prosesinin avtomatlaşdırılmasıdır. Bu məqsədlə xüsusi işçi qrup tərəfindən yeni layihə hazırlanıb. Qeyd olunan layihənin pilot ərazilərdə tətbiqinin nəticələri əsasında ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, statistik məlumatlara müvafiq olaraq, Azərbaycanda 128 025 ailənin 599 834 üzvünə ünvanlı sosial yardım təyin edilib. Ünvanlı sosial yardımın aylıq məbləği son 8 ildə üç dəfə artaraq 2014-cü ildə 133,06 manatdan ibarət olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
230

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 23:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru