Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2014
09:24
Körpüdə intihar etmək istəyən şəxs yol polisi imiş - Video

Bir neçə gün öncə «Koroğlu» metrostansiyasının yaxınlığındakı asma körpüdə intihara cəhd edən şəxs uzun illər yol polisi işləyib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilir ki, Fəqan Nəsibov Mingəçevir və digər ətraf rayonların yol polisi şöbələrində çalışıb. Bu yaxınlarda isə yaş həddinə görə pensiyayı çıxıb. Fəqan Nəsibovun intihara cəhdinin qarşısı alındıqdan sonra onun üzləşdiyi problemlə bağlı Baş prokuror Zakir Qaralovun göstərişi ilə Korrrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Fəqan Nəsibov mətbuata verdiyi açıqlamalarında bildirib ki, o, Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev tərəfindən aldadıldığı üçün intihara cəhd edib:  "Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".Avtosfer

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 09:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru