Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2014
11:39
Bakıda təhlükə sakinləri ağlagəlməz addıma məcbur etdi - FOTOLAR

Bakıda biganəlik sakinləri qəribə üsula əl atmağa vadar edib. Yasamal rayonunda sakinlərin təhlükənin qarşısını almaq üçün atdıqları addım görənlərdə gülüşlə yanaşı, təəccüb də doğurur.

Ayna Sultanova küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində hündür ağacın üzərində maraqlı yazı var. Həmin yazını sakinlər yazıb və altından imza da atıblar.

Sakinlər milli.az-ın əməkdaşı ilə söhbətdə bildiriblər ki, bir neçə gün əvvəl güclü külək hündür ağacda aşma təhlükəsi yaradıb. Ağacın kəsilməsi üçün müxtəli qurumlara şikayət etsələr də, tədbir görülmür. 

Əlacsız qalıb ağacın üzərinə böyük kağız parçası yapışdırıblar və üzərinə “təhlükəli ağac” yazıblar. Bütün sakinlər də həmin yazının altından imza atıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova əvvəlcə bildirib ki, sakinlər aşma təhlükəsi olan ağacla bağlı nazirliyin ekspertiza idarəsinə, eyni zamanda 168 "qaynar xətt" nömrəsinə zəng edib məlumat verməlidir. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı lazımi qurumu məlumatlandıracaq. Həmin ağaca baxış keçirəndən sonra onun kəsilməsi və ya budanması barədə qərar veriləcək.

Mətbuat xidmətindən sonradan onu da bildiriblər ki, 2011-ci ildən etibarən qurumun Dövlət Ekspertiza İdarəsi Bakı şəhəri daxilində, park və xiyabanlarda yaşı ötmüş, hündürlüyü 10-12 metrdən yuxarı olan, həmçinin gövdəsi əyilmiş, çürümüş, qəzalı durumda olan qovaq cinsli ağacların təhlükəsiz səviyyədə, 5-6 mert hündürlükdən budanmasına icazə verib. 

Buna baxmayaraq, ETSN-in əməkdaşları Yasamal rayonu ərazisindəki təhlükəli ağac olan ünvanda olub və 4 təhlükəli ağac aşkar ediblər. Bu ağacların budanması üçün Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə məktub göndərilib.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
220

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
340

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
309

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 22:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru