Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2014
15:21
Bakı metrosu tələbə axınına hazırlaşır

Bakı metrosu tələbə axınına hazırlaşır. Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Metropoliten rəsmisinin sözlərinə görə, qış rejiminə sentyabrın 10-12-də keçiləcək: "Qış rejiminə əsasən sentyabr ayında keçirik, təxminən sentyabrın 10-12-si, yəni məktəblər başlamazdan az əvvəl".

Nəsimi Paşayev həmçinin bildirib ki, sərnişin sıxlığı yaranan kimi qış rejiminə keçilir. "Əsas amil sərnişin sıxlığıdır, bu baş verən kimi qış qrafikinə keçirik. İndi 24 cüt qatarla işləyirik, qış rejimində isə 30 cüt qatar. İntervalları da azaldırıq".

Mətbuat katibi qeyd edib ki, metronun "Elmlər Akademiyası" stansiyasında təmirdə olan eskalator da artıq hazırdır: "Əsaslı təmirdə olan eskalatoru da qış qrafikinə kimi tam istifadəyə verəcəyik. Təmir demək olar ki, yekunlaşıb. Sınaq yürüşlərindən sonra eskalator tam istifadəyə veriləcək".

N.Paşayev onu da əlavə edib ki, yay qrafiki zamanı bəzi qatarlar təmir edilib: "Yay qrafiki zamanı qatar sayını azaltmışdıq. İmkan vardı ki, qatarların da təmirini həyata keçirib qış qrafikinə hazır olaq. Artıq bu da həyata keçirilib və Bakı Metropoliteni demək olar ki, qış qrafikinə hazırdır".

Qeyd edək ki, metroda qatarlar iyunun 17-dən yay qrafikinə uyğun hərəkət edir.AzVision

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
578

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
450

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
530

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
542
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 07:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru