Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2014
17:44
859
Qarabağ qazisinin 17 ildən sonra 3 övladı dünyaya gəldi
Səlim Müslümov onları evlə təmin edəcəyinə söz verib

"Düz 17 il övlad sahibi ola bilməyən Tovuz rayonunun Düz Çırdaxan kənd sakini, Qarabağ müharibəsi qazisi, Qarabağ müharibəsi əlili Teymur bəy və Qəmər xanımın dualarını Yaradan qəbul edib və onlara 17 il sonra 3 gözəl qızı birdən hədiyyə edib."

FaktXəbər-in məlumatına görə, bu barədə Tovuz rayonundan deputat seçilmiş Qənirə Paşayeva yazıb. Millət vəkili daha sonra yazıb: "Bəlkə 17 il zamana rəğmən Teymur bəy və Qəmər xanımın ailələrini dağıtmamaları, Allahın hər verdiyinə şükr edərək mehriban bir ailə kimi yaşamalarını mükafatlandırıb böyük Yaradan! Düz 17 il sonra ailəyə 3 gözəl mələk birdən gəlib. Mehriban, Zəhra və Gülşən. Ailəni təbrikə gedən zaman onların yaşamaq üçün ev şəraitlərinin çox ağır olduğunu və evə ciddi ehtiyacları olduğunu yerində gördük və rayon rəhbərliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova 17 il sonra 3 qızı olan Qarabağ qazimizə dövlətimiz tərəfindən ev tikilməsi məsələsini xahiş etdim. Sağ olsun cənab nazir. Hər zaman olduğu kimi diqqətlə dinlədi və əlindən gələn dəstəyi edəcəyini dedi. Bu gün Səlim müəllimlə təkrar bu mövzuda danışdıq və yenə əlindən gələn dəstəyi əsirgəməyəcəyini dedi. Bilirəm ki, ev növbəsində gözləyənlər çoxdur, amma ümid edirəm ki, Səlim müəllim 17 il sonra Allahın Qarabağ qazimizə hədiyyə göndərdiyi bu 3 qız balamızın normal bir evdə böyüməsi üçün əlindən gələni edəcək və yaxın zamanlarda bu gözəl 3 qızı dövlətimiz tərəfindən onlara tikilərək hədiyyə edilmiş normal bir evdə böyüyən görəcəyik. Cənab Prezidentimizin şəhid ailələrinə, Qarabağ mürahibəsi əlillərinə və qazilərinə böyük qayğı və diqqəti mənə belə inamla danışmağa imkan yaradır. Çünki həm cənab Prezidentimiz, həm hörmətli Mehriban xanım hər zaman bu cür ailələrə xüsusi qayğı ilə yanaşır və mən inanıram ki, yaxın zamanlarda Teymur qardaşımızın ailəsi də bu qayğını daha yaxından hiss edəcək. İnşallah Mehriban, Zəhra və Gülşən ata-analı, xoşbət böyüyər və ailəsi, millətimiz üçün gözəl övladlar olarlar. Bir daha təbriklər əziz Teymur qardaşımız və Qəmər bacımız! İnşallah doğum günlərini bir gün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edə bilək!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
528

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru