Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2014
10:33
1420
İran öz ərazisində İsrail rejiminə məxsus pilotsuz təyyarəni vurub

İranın  Sepah Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) İsrail rejiminə məxsus pilotsuz təyyarəni İsfahan əyalətində Nətənz nüvə təsisatına yaxın bir ərazidə məhv edib. Bunu İran İslam İnqilabi Mühafizəçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumatında elan edib. Məlumatda bildirilir ki, pilotsuz təyyarənin radardan yayına bilmə və gizlənmə qabiliyyəti olub. Həmin təyyarə Nətənz nüvə təsisatının ərazisinə nüfuz etmək istəyirmiş, lakin Sepah-ın HHM Qüvvələri Nətənz ərazisinə girməmişdən öncə pilotsuz təyyarəni vurublar.
 
Təyyarə Qırmızı dəniz və Ərəb ölkələrinin birinin hava sərhədlərindən keçərək İran ərazisinə girib. Sepah İsrail rejiminin pilotsuz təyyarəsini raketlə vurub. İsfahan əyalətində vurulan İsrail rejiminə məxsus pilotsuz təyyarənin bəzi hissələri sağlam qalıb və hazırda onun məlumatları üzərində analiz aparılır. 
 
İran saytlarının məlumatına görə, ABŞ İsrail pilotsuz təyyarəsinin İran ərazisinə girməsinə peyk texnologiyası ilə yardım edib.Maide.az
 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com