Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2014
11:50
1368
Dünən ayağını itirən sürücüylə bağlı qandonduran – TƏFƏRRÜAT
Bakıda baş verən yol qəzasında ayağını itirən əlil sürücü ölüb

Dünən gecə paytaxtın Binəqədi rayonunda baş verən dəhşətli qəza ilə bağlı ürəkparçalayan faktlar üzə çıxıb.

Bu barədə özünün idarə etdiyi "VAZ -2109" markalı avtomobillə qəzaya uğrayan ikinci qrup əlil, 53 yaşlı Rasim Quliyevin yaxın qohumları məlumat verib.

Belə ki, Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınan qəza zamanı ikinci qrup əlil, 53 yaşlı R. Quliyev ağır yaralanaraq  bir ayağını itirmişdi. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılsa da, həkimlər onun vəziyyətinin kafi qiymətləndirmişdi.

Bu gün səhər isə R.Quliyevin qohumlarının verdiyi məlumata görə, ağır yaralı olan Rasim xəstəxanada dünyasını dəyişib. 

Qohumları qeyd edir ki, qəzadan sonra vəfat edən R.Quliyevin ailəsində indi təkcə həyat yoldaşı qalıb. Belə ki, 4 nəfərdən ibarət olan ailə ötən il də gənc oğlanlarını itirib. O, atasıyla razılaşmayaraq ailənin çətin durumunda az da olsa yardımçı olmaq üçün dənizkənarı istirahət obyektlərindən birində işə düzəlib və orada elektrik vurması səbəbindən vəfat edib. Bu vaxt o həm də universitetə hazırlaşırmış.

Təxminən on il öncə 5-ci sinifdə oxuyan, ailənin yeganə qızı xərçəng xəstəliyindən dünyasını dəyişibmiş. 

Mərhumun qohumlarının və qonşularının sözlərinə görə, Quliyevlər ailəsi olduqca xeyirxah bir ailə olub.

Qeyd edək ki, "VAZ -2109" markalı avtomobillə qəzaya uğrayan ikinci qrup əlil, 53 yaşlı  Rasim Quliyev Şamaxıdan  paytaxt  istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili  yol ayrıcına çırpıb.

Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks istiqamətinə düşüb. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
15:22
HÜQUQ,HADİSƏ
425

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
984

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
2198

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
71

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 15:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru