Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2014
10:11
Ziya Məmmədovun işçisi polisi döydü

Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin əməkdaşları arsızlığın son həddinə çatıblar. 

Cəzasız qalacaqlarına əmin olan müfəttişlər hər söz-söhbətdə sürücüləri döyməkdən çəkinmirlər. Onlar artıq hakimiyyət nümayəndəsinə də əl qaldırırlar. FaktXəbər-in vesti.az-a istinadən bildirir ki, hadisə avqustun 19-da Yasamal rayonu ərazisində baş verib. M.Həsənov küçəsində departamentin Ruslan adlı əməkdaşı 1986-cı il təvəllüdlü Mehdiyev Aqil Nurəddin oğlunu döyüb. Mehdiyev isə polis serjantı, Daxili İşlər Nazirliyinin əməkdaşı olub. Ancaq onu döyən Ruslan bu barədə bilməyib. Çünki polis əməkdaşı mülki geyimdə olub. Polis əməkdaşı baş verən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. 

Nəqliyyat müfəttişinin şəxsiyyəti artıq müəyyən edilib. Yol polisi şöbəsindən bildiriblər ki, polis əməkdaşına əl qaldıran şəxs cəzasını alacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3491

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru