Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2014
16:21
Bakıda polisin gözü önündə qadın alveri - VİDEO

Bakının 4-cü mikrorayon dairəsi adlanan ərazisi gecələr fahişələrin yağlı qapısına çevrilib.

Bu barədə məlumatı ərazidə yaşayan sakinlər söyləyb. Onların sözlərinə görə, hər gecə fahişələr sözügedən əraziyə gələrək öz müştərilərini gözləyirlər. Sözügedən faktla bağlı sakinlər redaksiyamıza videogörüntülər də göndəriblər. Görüntülərdə yol kənarında dayanan qadınların bir-bir avtomobillərə yaxınlaşdıqları görünür. Onlar qiymət danışdıqdan sonra avtomobilə əyləşərək əvvəlcədən təyin etdikləri yerə gedirlər. Video görüntülərdən də göründüyü kimi bir saat ərzində ərazidə bir neçə belə hal müşahidə olunub. Maraqlı olan məqam isə, ərazinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılmasıdır. Çünki çəkiliş müddəti ərzində ərazidən bir neçə dəfə PPX avtomobilinin keçdiyini görmək mümkündür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsi müavini Ehsan Zahidovla əlaqə saxlanılsa da, DİN rəsmisi məsələ ilə bağlı məlumatlı olmadığını bildirib. O, müəyyən şikayətdən sonra məsələnin araşdırıla biləcəyini qeyd edib: “Əgər kimsə avtomobilini saxlayıb, hansısa qadınla söhbət edirsə burada polis heç nə edə bilməz. Onların fahişə olub olmamasını polisin müəyyən etməsi mümkün deyil. Əgər kiminsə həmin ərazidə insan alverinin olması ilə bağlı şikayəti varsa “102” qaynar xəttinə müraciət edə bilər. Bundan sonra biz məsələni araşdırarıq. Əgər sakinlərin də bununla bağlı şikayəti varsa, onlar da müraciət edə bilərlər”.

Sakinlər isə portalımıza açıqlamalarında deyiblər ki, dəfələrlə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət etsələr də, oradan heç bir reaksiya gəlməyib./Azxeber.com/

Nəsimi rayonu ərazisində çəkilən görüntüləri təqdim edirik: 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3904

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2252

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Şərhlər
namelum.. tərəfindən 20-08-2014 13:55:13 tarixində yazıldı
....
bu vedonu cekende ele onlarin tayidi,,,yeqin erazi davasidi,, cekib guya oz aglinda nese edirde
elnur tərəfindən 21-08-2014 04:17:53 tarixində yazıldı
xeberdarliq
bunu cekib bura qoyanlarin hec yolda duranlardn ferqi yoxdu ozude danisa danisa gule gule
Kenan Huseynov tərəfindən 21-08-2014 06:02:25 tarixində yazıldı
Sherh
Bu videonu chekib exlaqsizligi gosterenlere evvelceden teshekkur edirem yaxwi niyyetle edilibse eger..ama menim fikrimce siz bu videonu ibret olsun deye yox prosta kayfa chekmisiz..chunki siz exlaqsizligin pis birwey oldugunu gosterirsiz ama exlaqsiz soz daniwaraq bu gostermenin ustunden kres qoyursuz..siz orda normal danisha bilmezsiz?o ne dimekdir>*elinde qaldi**besh deqiqelik durmushdu*ve s...bu videoa hami baxa biler..kiminin anasi kiminin bacisi..eger siz bu ana bacilara hormet qoymursuzsa onda sizde olarin bir tayisiz,,!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 20:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru