Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2014
16:08
Daha bir polis işçisi ölümlə nəticələnən qəza törətdi

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Aslanov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil Şəmkir rayon sakini, 1952-ci il təvəllüdlü Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Hadisə zamanı 62 yaşlı S.Hüseynov dünyasını dəyişib.

“Hyundai Sonata”nın sürücüsü, onun anası, atası və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirirlər.

Məlumata görə, Orxan Aslanov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyir.apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3975

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 13:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru