Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2014
15:23
1943
Pilotsuz təyyarələr Ermənistan səmasında

Rusiyanın Ermənistandakı hərbi bazasında pilotsuz təyyarələrin üçgünlük hərbi təlimlərinə start verilib.

Bu barədə Rusiya Cənub hərbi dairəsi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, təlimlər “Kamxud”, “Alagöz” yüksək dağ təlim-tədris kompleksində keçirilir.

Təlimlərdə hərbi qulluqçuların yeni nəsil “Navodçik-2”, “Forpost”, “Orlan-10” və “Zastava” adlı pilotsuz uçan aparatları idarəetmə bacarıqları yoxlanılacaq. Pilotsuz təyyarələr dəniz səviyyəsindən 1500 metr yüksəklikdə uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, son vaxtlar Rusiya Cənub hərbi dairəsində tez-tez təlimlər keçirilir. Son 2 ayda bu artıq 3-cü təlimdir./anspress

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 07:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com