Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2014
13:52
Sumqayıtda polislə azarkeşlər arasında qalmaqal - TƏFƏRRÜAT

Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən “Sumqayıt” – “Qarabağ” matçında sözün əsl mənasında rüsvayçılıq yaşanıb.

Bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, avqustun 10-da keçirilən oyun zamanı komandalarını dəstəkləmək üçün Sumqayıta gələn bir qrup “Qarabağ” azarkeşi əllərində “Şəhidlər ölməz, vətən bölünməz” pankartını da stadiona keçirmək istəyiblər.

Deyilənlərə görə, azərkeşlər bununla cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhuna ehtiramlarını ifadə etmək istəyiblər. Lakin Sumqayıt polisi bu pankartı tribunaya keçirməyə icazə verməyib.

Yayılan informasiyada o da vurğulanır ki, azarkeşlərlə polislər arasında mübahisə yaranıb. Deyilənlərə görə, Sumqayıt polisi “Nə şəhid?! Bizə şəhid lazımdır?! Sizə dedilər ki, yığışdırın bu plakatı”, - deyə azarkeşlərə acıqlanıb.

Əslində nə baş verdiyini öyrənmək üçün Daxili İşlər Nazirliyilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov açıqlamasında belə bir hadisə qeydə alınmadığını bildirib./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 06:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru