Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2014
12:16
Mirmahmud Mirəlioğlu: “Əli Kərimli və Cəmil Həsənli düz eləmədilər”

 “İsa Qəmbər və ya başqa biri təşəbbüskardır deyə, tədbirə qatılmamaq İntiqam Əliyevin hüquqlarını müdafiə etməmək deməkdir”.

Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP), Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib.

Qeyd edək ki, dünən KXCP-də Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə Azərbaycanda son həbslərlə bağlı keçirilən tədbirə Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli dəvət olunsalar da, qatılmayıblar.

Məsələyə münasibət bildirən M. Mirəlioğlu isə bunu düzgün addım saymır: “İntiqam Əliyevin hüquqlarını fərz edək ki, insan haqlarını müdafiə edən başqa millətin nümayəndəsi belə müdafiə edirsə, ora qatılmaq lazım deyil? Mən hesab edirəm ki, insan haqları məsələsi bir ölkənin və ya bir millətin deyil, ümumilikdə insani məsələdir. Bu baxımdan Əli Kərimli və Cəmil Həsənli doğru etmədilər. Eyni zamanda Əli Kərimli də, Cəmil Həsənli də gələcəkdə bu və ya digər tədbir keçirsə, ora qatılmayanlar belə doğru etməyəcəklər. Mənim üçün Cəmil Həsənlinin və Əli kərimlinin həmin tədbirə niyə qatılmadığı kifayət qədər aydındır və bundan artıq bu məsələyə aydınlıq gətirmək istəmirəm. Mənim üçün insan haqları daha önəmlidir”.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61163

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58925

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60603

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60242

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65775

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60075

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60232
Şərhlər
Oktay Sadıqov tərəfindən 13-08-2014 05:12:46 tarixində yazıldı
Mirmahmud Mirəlioğlu: “Əli Kərimli və Cəmil Həsənli düz eləmədilər”
Çox təəssüf ki, demək olar fikirlərini bəyan edənlərin əksəri, oxu atıb yayı gizlədirlər, Məsələn, bu nə demək, "Mənim üçün Cəmil Həsənlinin və Əli kərimlinin həmin tədbirə niyə qatılmadığı kifayət qədər aydındır və bundan artıq bu məsələyə aydınlıq gətirmək istəmirəm", niyə aydınləq gətirmək istəmirsiniz, bunu ya deməyin, ya da demisinizsə aydınləq gətirin biz də bilək, belə ifadələr yersiz şaiələr əmələ gətirir. Məsələn mən bilirəm ki, əvvəl çox ümidli olan və hörmət etdiyimiz, indi isə hərəkətlərindən iyrəndiyimiz Cəmil kirvə Əli Kərimlinin kuklası rolunu oynayır, hara gedirsə onunla gedir, nə danışacaqsa əvvəlcə onunla məsləhətləşir. İndi əgər Əli belə İnsani tədbirlərə qatılmırsa Cəmil kirvəni gözləməyin, buras məlum, bizə o maraqlıdır ki, Əli Kərimov niyə bu tədbirə qatilmadı, özü də təsdiq edir ki, dəvət olunub. Bax, siz aydınlıq gətirmədiniz, ona görə də mən belə fikirləşməli oldum ki, yəqin bu tədbir İsanın adına çıxır, ona görə. Nə qədər dağıdıcı qələtlər ediblərsə ikisi bir yerdə ediblər axı, indi də İsa təsadüfən, adətindən kənar bir yaxşı əməl etdi, yaxşıda da Əlinin işi yoxdur, dağıdıcı əməl olsaydı hə, kuklasını da götürüb gələrdi, indi O, bu tədbirə necə gəlsin? BU, BELƏDİRMİ? Hər bir halda, millətini sevən, milli qüruru olan hər kəs dəvət olunduqları belə tədbirə qatılmalıdır və əgər bunlar qatılmadısa demək .......... ?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 01:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru