Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2014
16:20
7402
Bakıda nömrəsini pultla idarə edən sürücü həbs olundu - Fotolar

Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, sürücü idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanının təmiz saxlanılmasını və onun görünməsi təmin etməlidir. Lakin Bakı şəhəri ərazisində idarə edilən bəzi avtomobillərin dövlət nömrə nişanlarının müxtəlif vasitələrlə gizlədilməsinə nail olmaq istəyən "ağıllı" sürücülərə rast gəlinir ki, bu da sanki Bakı şəhəri ərazisində quraşdırılmış kameraların aldadılması kimi düşünülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

V.Əsədovun sözlərinə görə, təhlükəsizliyi təmin edərkən gün ərzində Bakı şəhəri üzrə keçirilən tədbirlər zamanı bu kimi faktlar aşkar edilir: "Bu cür hərəkətə görə "Porsche Cayenne" "cip" markalı 90 FA 012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Binəqədi rayon sakini 12 avqust 1988-ci il təvəllüdlü Əhədov Orxan Babaverdi oğlu Xəzər rayon məhkəməsi tərəfindəm 25 sutka həbs cəzası alıb. O doğum gününü həbsdə keçirəcək".

V.Əsədov deyib ki, sürücü pult vasitəsilə istənilən zaman avtomobilin səsboğucu qazanlarının səsinin artırıb-azaldılmasını, həmçinin mexanizm vasitəsi pərdələrin çəkilməsi ilə dövlət nömrə nişanlarının görünməməsini nizamlayır: "Yəni dövlət nömrə nişanının üzərinə qara örtük çəkərək avtomobilin nömrəsiz idarə edilməsinə cəhd edib. Bu azmış kimi, sürücü Zaqulba prospekti ilə hərəkət edərkən yol boyu polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. Eləcə də yaradılmış süni maneəyə baxmayaraq əks istiqamətdə həmin yolla qarşılıqlı hərkət zolağı ilə hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradaraq, yol boyu nizamlanan yol ayrıclarında işıqforun tələblərini pozaraq yüksək sürətlə digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb. Radiocihaz vasitəsilə həmin hərəkət istiqamətində tam süni sıxlıq yaratmaqla avtomobil sürücüsü ilə birgə saxlanılıb və barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə məhkəməyə göndərilib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə avtoxuliqanlıq etdiyinə görə sürücü cəzalandırlıb"./trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
120

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
148

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
93

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
100

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
170

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
111

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
142
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru