Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2014
14:13
Pol Qobl: “Ermənistan çox təhlükəli dövr yaşayır...”
"Moskva üçün Gürcüstan yol, Ermənistan silah, Azərbaycan isə dəyərdir"

Ermənistan çox təhlükəli bir dövr yaşayır və bu səbəbdən o, uzunmüddətli addımları əsas götürməlidir, nəinki qısamüddətli. Musavat.com-un məlumatına görə, bu sözləri nüfuzlu amerikalı politoloq Pol Qobl “Amerikanın səsi”nə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, İrəvan düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməlidir: “Bu nöqteyi-nəzərdən Ermənistan üçün “yaxşı variantlar” yoxdur, ölkə pislərin yaxşısını seçməlidir”. 

Qobl Rusiyanı Ermənistanın dostu saymadığı söyləyib: “Düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Məşhur ifadə var: Moskva üçün Gürcüstan yol, Ermənistan silah, Azərbaycan isə dəyərdir. Rusiya Ermənistandan müstəsna olaraq öz maraqları üçün istifadə edir”.

Politoloq Rusiyanın Krımı işğal eləməklə böyük səhvə yol verdiyini deyib: “O mənada ki, indi bütün ölkələr sərhədlərin zorla dəyişdirilməsindən narahatdır. Əgər Ermənistan da eyni yolla gedib Qarabağı ilhaq eləsə, o yeni müharibə və təcridlə üzləşəcək. Ermənistan, daha doğrusu, ermənilər strateji düşünə bilmirlər. Ermənistan bu gün 25 ildən sonra özünü necə gördüyü barədə fikirləşməlidir. Bundan ötrü Qarabağ məsələsi Azərbaycanla anlaşma əsasında həllini tapmalıdır”.

Erməni jurnalistin “bu, o deməkdirmi ki, Ermənistan Qarabağı unutmalıdır” sualına ekspert belə cavab verib: “Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət almalıdır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 17:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com