Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2014
16:21
1377
`Qarabağ` `Tvente`yə, `Neftçi` `Partizan`a rəqib oldu

FaktXəbər-in məlumatına görə, bu gün keçirilən Avropa Liqasında "pley-off" mərhələsinin püşkatma mərasimində ölkəmizi təmsil edən komandaların rəqibləri artıq bəlli olub. 

Ağdam təmsilçisi "Qarabağ" yenidən pley-off mərhələsində Hollandiyanın "Tvente" klubuna rəqib olub. "Neftçi" isə daha öncə Avropa Liqasının qrup mərhələsində qarşılaşdığı "Partizan"la (Serbiya) qarşılaşacaq.

"Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya) 

"Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) 

Xatırladaq ki, Çempionlar Liqasında Avstriyanın "Zalsburq" klubuna məğlub olaraq mübarizəni dayandıran "Qarabağ" tarixi ərzində 4-cü dəfə Avroliqanın "pley-off" mərhələsində oynayacaq. III təsnifat mərhələsində Gürcüstanın "Çixura" klubunu mübarizədən kənarlaşdıran "Neftçi" klubu isə ikinci dəfə Avroliqanın həlledici mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
611

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru