Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2014
16:16
Polisə silahlı hücum çəkən silahlılar zərərsizləşdirildi - QUSARDA

Ötən ilin oktyabrın 16-da Quba rayonunda polis əməkdaşlarına qarşı silahlı basqında iştirak edən qruplaşmanın daha bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidovun FaktXəbər-ə bildirdiyinə görə, görə, Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayətdə iştirak edən Radik Rükməddin oğlu Ağamuradov saxlanılıb.

O, cinayət hadisəsindən sonra qaçıb gizlənmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələrilə axtarış elan olunmuşdu.

Quba polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov Küsnət-qazma kəndi ərazisində tutulublar.

Saxlanılan şəxslərdən 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilib. Tapılan silah və sursat müsadirə olunaraq götürülüb.

Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib oradan külli miqdarda pul aparmışdı. Polislər tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralamışdı. Buna baxmayaraq, elə o vaxt onlardan bir neçəsi tutulub, bir neçəsi isə polislə atışmada öldürülmüşdü.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2218
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 09:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru