Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2014
10:35
`Oğlumu alnıaçıq şəkildə torpağa tapşırdım“

“Sonuncu dəfə görüşəndə maşın almaq istədiyini dilə gitirdi. Biz razı olmadıq. Qorxurduq ki, qəzaya düşər. Allah ona şəhidlik zirvəsini qismət etdi.”

Bunu Bizimyol.info saytının cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına avqustun 1-də Ağdamın Çıraqlı kəndi ərazisində gedən döyüşlərdə şəhid olan Qaryağdı Əhmədovun qardaşı İsa Əhmədov deyib.

Qaryağdı Əhmədov Tovuz rayonunda hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollanıb. 

İsa Əhmədovun sözlərinə görə, qardaşı vətənə xidmət etmək istəyirdi: “Orduya öz istəyi ilə getdi. Heç kim də ona mane olmadı. Çox istiqanlı, zəhmətkeş, insan idi. Hər kəsə yardım etməyə çalışırdı. Onun haqda danışmaq mənə çox çətindi. Qardaş itkisi çox pis şeydi”.

İsa Əhmədovun sözlərinə görə, Qaryağdının ən böyük arzusu qardaşının uşaqlarının toyunu görmək olub: “Ən böyük istəyi mənim uşaqlarımın toyunu görmək idi. Qismət olmadı”.

Mərhumun atası Eldar Əhmədov oğlunun vətən yolunda şəhid olduğunu deyir: “1992-ci ilin iyulun 1-də anadan olmuşdu, avqustun 1-də dünyasını dəyişdi. 22 il 1 ay ömür sürdü. Qaryağdı evin sonbeşiyi idi. Onu şəhid verdim. Bu mənim üçün fəxrdir. Oğlumu alnıaçıq şəkildə torpağa tapşırdım. O bu vətən üçün şəhid oldu. Belə bir övlad böyütməyimlə fəxr edirəm. Azərbaycanın bütün rayonlarından bura gəlirlər, dərdimizə şərik olurlar. Çox sağ olsunlar”.

“Onunla sonuncu dəfə görüşəndə öyüd-nəsihət verdik. Dedik, ehtiyatlı ol. O da cavabında bildirdi ki, şəhid ailəsi olsanız, fəxr edərsiniz”,- deyə Eldar Əhmədov xatırlayır.

Qaryağdının dostu Vüsal Nuriyev isə bunları söylədi: “Dost kimi heç vaxt öz köməyini əsirgəməzdi. Ölümə belə gedərdi. Heç nədən qorxan adam deyildi. Kimin problemi olardısa, çalışardı ki, kömək etsin”.

Onu da qeyd edək ki, şəhidin atası Eldar Əhmədova Müdafiə Nazirlinin nümayəndəsi polkovnik İslam Gəncəliyev tərəfindən medal təqdim edilib. Müdafiə naziri Zakir Həsənovun əmri ilə şəhid olan həbrçilərimiz “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 21:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru