Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2014
15:23
Ağdamda yüzlərlə gənc vuruşmaq üçün polisdən silah istədi
Ölkənin müxtəlif bölgələrindən rayona doğru axın var

Ağdamın Quzanlı qəsəbəsində şəhid Əhmədov Qaryağdının yas mərasiminə Gəncə və Qəbələdən gəlmiş təxminən 70 nəfərə yaxın gənc yas mərasimindən sonra hikkə və hiddət içərisində qoşunların təmas xəttinə doğru irəliləyib.

Mövqelərə doğru qaçaraq və hayqırışlarla irəliləyən gəncləri polis və əsgərlər dayandıra bilməyib. Kütlənin ön xəttə yaxınlaşmasınn qarşısını yalnız əlavə polis və əsgərlərlərin əraziyə cəlb olunmasından sonra ala biliblər. Hazırda ordu və daxili qoşunların əlavə qüvvələri vətəndaşların ön cəbhəyə yaxınlaşmasının qarşısını almaq üçün təmas xəttində kordon yaradıblar.

Cəbhə bölgəsinə Azərbaycanın digər rayonlarından da gələnlərin sayı getdikcə artdığı bildirilir. Döyüş xəttinə yaxın yerləşən rayon və qəsəbələrə yüzlərlə könüllü gəncin gəldiyi deyilir. Gənclər Qarabağın azad edilməsi uğurunda ölüm-dirim müharibəsinə hazır olduqlarını bildirərək onların qarşısını kəsən polis və ordu zabitlərindən silah tələb ediblər./ölke.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3975

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 13:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru