Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2014
13:05
Şəhid gizirin medalı 11 yaşlı oğluna təqdim edilib

Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan 37 yaşlı giziri Almazov İsə Ziyad oğlunun müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.

Medalın təqdimatı mərhum hərbçinin doğulduğu Qazax rayonun Cəfərli kəndində təşkil edilib. Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rövşən Əkbərov İsə Almazovun vətənini sevən bir gizir olduğunu və hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə mükafatlara layiq görüldüyünü bildirib.
 
Korpus komandiri İsə Almazovun atasına və ailə üzvlərinə başsağlığı verərək “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin 11 yaşlı oğlu Şahvələd Almazova təqdim edib. Rövşən Əkbərov şəhidlərinin qanının yerdə qalmayacağını, Ali Baş Komandanın əmri olarsa, işğal altında olan ərazilərin düşməndən azad ediləcəyini deyib. O, cəbhə boyu hücuma keçən düşmənə layiqli cavab verildiyini bildirib.
 
Şəhidin yaxınları ailələri adından ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhidin qardaşı Musa Almazov qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
501

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
266
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru