Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2014
10:58
1341
Düşmən Qarabağa yollamaq üçün könüllülər yığır

Ermənistan Qarabağa yollamaq üçün könüllülər yığır

“Lazım gələrsə onlar hərbi əməliyyatlarda iştirak etməyə hazırdırlar”.

Ermənistanda işğal altında olan Dağlıq Qarabağa yollamaq üçün könüllülər yığılır. Bu barədə “Qazeta.ru”-nun Ermənistanda olan müxbiri bildirib.

Qeyd edilir ki, hal-hazırda artıq Berdzor şəhərinin sakinlərindən 100 könüllü yığılıb.

Onlayn-nəşr müxbirinin sözlərinə görə, könüllülər “növbə çəkməyə və lazım gələrsə hərbi əməliyyatlarda iştirak etməyə hazırdırlar”.

Xatırladaq ki, son günlərdə münaqişə ərazisində erməni təxribatı nəticəsində vəziyyət kəskinləşib. Erməni SQ tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan əsgərləri həlak olub.

Münaqişə ilə bağlı narahatlıqlarını ATƏT-in Minsk qrupu ilə yanaşı, eləcə də digər beynəlxalq strukturlar da bildiriblər.

Avqustun 2-si Ermənistan baş naziri bəyan edib ki, 8 və ya 9 avqust Soçidə Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü baş tutacaq.

Onun sözlərinə görə, dövlət başçıları arasında münaqişənin tənzimlənməsi məsələləri müzakirə ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru