Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2014
11:34
Bu gecə ermənilər 36 kəndimizi gülləbaran etdi - Rəsmi

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 190 dəfə pozulub.

FaktXəbər Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Kəmərli, Quşçuayrım, Qaymaqlı, Məzəm, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. 

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Qaraqaşlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Nəmirli, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
195

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 10:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru