Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2014
13:55
Şəhidimizin son sözü: “Şəhid olsam, ağlama, ana...”

Bu sözləri ölümündən 3-4 saat əvvəl Tovuzun Aşağı Öysüzlü kəndindən olan şəhid əsgərimiz Vüqar Poladov anası ilə telefonla danışarkən deyib.

Anası da öz növbəsində oğluna ehtiyatlı olmağı tapşırıb: “Oğul, ehtiyatlı ol, sənə bir şey olsa, mən nə edərəm?”. Qəhrəman əsgərimiz belə cavab verib: “Ay ana, məndən də yaxşı oğullar torpaqlarımız uğrunda şəhid olub. Torpaqlarımızı işğaldan azad etməliyik. Vətən üçün, torpaqlarımız üçün şəhid olsam, ağlama, başını dik tut! Çünki şəhid kimi ölmək şərəfdir”.

Feysbuk səhifəsində yer alan məlumatlara görə, bundan sonra bacısı ilə telefonla danışan əsgər bacısına valideynlərini tapşırıb: “Şəhid olsam, əyilməyin, qürur duyun və anamla atama yaxşı baxın”.

Xatırladaq ki, şəhid əsgər Vüqar Poladovun nəşi bu gün səhər saatlarında doğulduğu kənddə torpağa tapşırılıb./Axar.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
438

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Şərhlər
Natavan Qarabağlı tərəfindən 02-08-2014 09:58:26 tarixində yazıldı
Ağlama
Allah rəhmət eləsin! Südü və mayası halal olanlar! Qəhramanlar ölmür! Bu sözlər səni daima yaşadacaq Vətən oğlu! Başın uca,yerin cənnətlikdir! BAŞIN SAĞ OLSUN VƏTƏN!
Şireli Şireliyev tərəfindən 02-08-2014 10:50:57 tarixində yazıldı
men konulu esger getmek isteyirem
vetenin dar gununde Ureyim dozmur men eger getmek isteyirem 17yawim var nece gede bilerem
Akif Sahbazov tərəfindən 02-08-2014 10:54:05 tarixində yazıldı
konulu esger olmaq isteyirem
menim 20 yawim var konulu herbiye getmek isteyirem
Şireli Şireliyev tərəfindən 02-08-2014 11:01:00 tarixində yazıldı
Esger getmek isteyirem
men Agdam rayonunun Kengerli kendinenem men konulu esger getmek isteyirem xaiw edirem bu haqqda melumat verin
nurlan Memmedov tərəfindən 05-12-2016 15:47:17 tarixində yazıldı
nurlan Memmedov
menim 10ayim qalib ve men könili olaraq esger gedmek istiyirem
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru