Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2014
12:00
Beşinci şəhidimizin adı açıqlandı - YENİLƏNİR

Daha bir şəhidin şəxsiyyəti müəyyənləşdirilib.

Ermənilərin ötən gecə atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərdən biri də 1996-cı il təvəllüdlü Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur. /Publika

***

11:34

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərimizdən dördünün adı məlum olub. 

FaktXəbər-in publika.az-a istinadən xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.

Şəhid olan əsgərlərdən biri Oğuz rayonundan hərbi xidmətə çağırılan Vüqar Poladov, digəri isə Elnur İbrahimovdur.

Şəhid olan hərbçilərimizdən daha birinin adı məlum olub. Bu haqda Millət Vəkili Qənirə Paşayeva məlumat yayıb:

"Ermənistanla ön cəbhədə hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu şəhid olub. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Millətimizin başı sağ olsun ! İşğalçı Ermənistan isə Allahın lənətinə gəlsin".

Qeyd edək ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.  İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru