Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2014
15:25
Yeni avtobuslar kondisionerli olacaq - VİDEO

Sərnişin avtobuslarında kondisionerlərə tələbat var. Yay fəslində paytaxtdakı sərnişin avtobuslarından istifadə sanki insanı mənzil başına çatdırmaqla yanaşı həm də onlara havanın hərarətini iki qat hiss etməyə kömək olur. 

Avtobusda kondisionerlərin mövcud olmaması günün çox hissəsini sükan arxasında keçirən sürücülərin də işini çətinləşdirir. Deyirlər nə yaxşı ki, Bakı küləklər şəhəridir, əks halda avtobusda dayanacaqda ürəyi dayanan sərnişinlər olar. Sürücülərlə söhbətdə onların da avtobuslarda kondisionerlərin quraşdırılmasının tərəfdarı olduqlarını öyrəndik. Amma bildirdilər ki, bu da hər beş dəqiqədən bir dayanacaqda dayanaraq qapılarını açıb sərnişin mindirib, düşürən avtobusu çətin ki, normal soyuda bilsin. Sərnişinlər də havalanmış salonda mənzil başına çatmaq istəyirlər.

Bir çox ölkələrdə məsələn, qonşu Türkiyədə kondisionerli avtobuslardan istifadə olunmaqdadır. Burada avtobus qısa və ya böyük məsafəni qət etməsindən asılı olmayaraq soyutma sistemi hər birində mövcuddur. 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Nəsənov isə belə bir xidmətin bizim avtobuslarda da tətbiqinin mümkün olmadığını bildirdi. O, 2015-ci il yay Avropa oyunları ilə əlaqədar paytaxta gətiriləcək yeni avtobuslarda bu sistemin işləyəcəyini və bundan başqa heç bir köhnə avtobusa kondisionerin quraşdırılmayacağını dedi.

Bir sözlə yeni avtobusa əyləşən sərnişinin bəxti gətirdi. Bu avtobuslar həm rahat, həm də bayırdakı günün istisini hiss etmədən mənzil başına çatmaq şansı qazanır. Qazanan həm də paytaxt küçələri olacaq. Nə də olsa, rahat sərnişindaşıma xidməti özü inkişafdan xəbər verir. Digər avtobusların da yeniləri əvəz edilib-edilməyəcəyini artıq zaman göstərəcək./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5678

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4623

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6205

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6220

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8178

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5946
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 10:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru