Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2014
16:14
2310
Heydər Əliyevlə Süleyman Dəmirəlin sui-qəsdçisi azadlığa çıxır

İstanbul Ağır Cinayətlər Məhkəməsi Hasan Toku haqqında 30 il azadlıqdan məhrumetmə qərarının qüvvədən düşməsinə hökm verib

1993-cü ildə elan edilən prezident seçkilərindən 3 gün öncə Milli Məclisin o zamankı sədri Heydər Əliyevə qarşı sui-qəsd etdiyi üçün 10 il, Süleyman Dəmirələ sui-qəsd etdiyi üçün 30 il azadlıqdan məhrum edilən Türkiyə vətəndaşı Hasan Toku azadlığa buraxılıb. Vəkillərinin iddiası əsasında 1993-cü ildə çıxarılan qərara yenidən baxan məhkəmə Həsən Toku haqqında 30 illik həbs qərarının qüvvədən düşməsinə hökm verib.

Hürriyet.com yazır ki, vəkillərinin Hasan Doku haqqında çıxarılan həbs qətimkan tədbirinin ləğvi haqqında iddiasına baxan 9-cu Ağır Cəzalar Məhkəməsi iddianı təmin edib. Məhkəmə hökmündə bildirilir ki, Hasan Tokunun azad edilməsi qərarı onun haqqında cinayət işinin kökünün Azərbaycanda olması, ittiham üzrə Azərbaycanda 10 il azadlıqdan məhrumetmə cəzası alması gərəkçəsi ilə çıxarılır. 

Hasan Toku 1993-cü ildə Azərbaycan vətəndaşı ilə birlikdə həbs edilib. Həbs edilərkən silahları da müsadirə olunan şəxslərə qarşı Heydər Əliyevə qarşı sui-qəsd hazırladıqları ittihamı irəli sürülüb.

İşə baxan Azərbaycan Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmə Həsən Doku haqqında 10 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Həbsdən 3 gün sonra Azərbaycan prezidenti postunu tutan Heydən Əliyevin il yarım sonra imzaladığı əfv fərmanı ilə Hasan Toku azadlığa çıxıb.  Azərbaycanda əfv edilməsinə baxmayaraq o, 2 gün sonra ilə Türkiyədə həbs edilib. Türkiyəyə aparılan Hasan Toku İstanbulun Atatürk Hava limanında Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilib. İstanbul Ağır Cəza məhkəməsinin qərarı ilə H.Toku “xarici dövlətin prezidentini öldürməyə təşəbbüs edərkən yanlışlıqla Türkiyə Cümhuriyyəti prezidentini öldürməyə cəhd  etdiyi üçün” 30 il həbs cəzası alıb./Musavat

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 09:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com