Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2014
15:41
Sürücülərə bəd xəbər: cərimələrin biri də artdı

Avqust ayının 1-dən etibarən ölkə üzrə, xüsusilə də Bakı şəhəri ərazisində "Təmiz hava" aylığı keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 noyabr 2004-cü il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlərin davamı olaraq, atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqust ayının 1-dən etibarən "Təmiz hava" aylığına start verəcək.

Bölmə rəisinin sözlərinə görə, bütün ölkə üzrə, xüsusilə də paytaxt Bakıda keçiriləcək "Təmiz hava" aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır: "Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılacaq, onların normaya uyğun olmasına nəzarət gücləndiriləcək, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq tədbirlər görüləcək".

V.Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Əks halda, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: "Avtomobil sahiblərinə, sürücülərə bildiririk ki, xüsusi cihazlar vasitəsilə nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi qazın tərkibi öyrəniləcək. Ona görə də idarə etdiyiniz nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirin. Xüsusilə, işlək vəziyyətdə mühərrikin ətraf mühitə buraxdığı qazın tərkibinin normaya uyğun olmasına diqqətlə yanaşın. Əks halda, keçirilən tədbirlər zamanı nöqsanlar aşkar edilərsə, qanunvericiliyə uyğun cəza tədbirləri görüləcək"./Trend 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16228

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14882

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16287

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15890

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21259

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15784

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15920
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 13:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru