Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2014
14:43
1425
Bakıda taksi sürücüsü nəqliyyat müfəttişini döydü
Nəqliyyat Nazirliyinin əməkdaşını dəmir parçası ilə ölümcül döyən sürücü gizlənib

Bakının Xətai rayonu ərazisində taksi sürücüsü ilə Nəqliyyat Nazirliyinin əməkdaşı arasında qanlı dava baş verib. Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin müstəntiqi Həsən Səfərovun ANS-ə verdiyi məlumata görə, hadisə iyul ayının 23-də saat 18:00-da Məmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyətilə məşğul olan “Chrysler” markalı avtomobilin sürücüsü 1965-ci il təvəllüdlü Sumqayıt sakini Valeh Məmişov ilə Nəqliyyat Nazirliyinin əməkdaşı, 1991-ci il təvəllüdlü Elnur Məmmədov arasında mübahisə yaranıb. Mübahisəyə nəqliyyat işçisinin sürücüdən sənəd tələb etməsi səbəb olub. Nəqliyyat işçisinin əmrinə tabe olmayan sürücü onu təhqir edib. Nəticədə əlbəyaxa dava düşüb.

Dava zamanı Elnur Məmmədova gücü çatmayan sürücü onu dəmir parçası ilə vurub. Ağır yaralanan Elnur Məmmədov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Valeh Məmişov qaçaraq gizlənib. Onun barəsində 221.3 maddəsi ilə cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanları onun axtarışı ilə məşğuldurlar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu günə kimi taksi sürücüsünün Nəqliyyat Nazirliyi müfəttişini döyməsi faktı qeydə alınmayıb. Amma bunun əksinə olaraq, daim video və foto-faktlarla müfəttişlərin taksi sürücülərini ölümcül döyməsi sübut olunsa da, heç bir hüquqi tədbir görülməyib.


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
276

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
167

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
249

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
184

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
196

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
179

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
200
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru