Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2014
16:47
AİP-in sədr müavini polis bölməsinə dəvət edildi
Bunu Akif Heydərli özü məlumat verib

18.34 - Aldığımız son xəbərə görə, AİP fəalları saxlandıqları Yasamal Rayon Polis bölməsində cərimələnərək azad ediliblər. Yasamal Rayon məhkəməsində isə Elçin Manafov 400 və digər 4 nəfər 300 manat məbləğində cərimələnərək sərbəst buraxılıblar.

***

Xəbər verdiyimiz kimi, bu gün İsrail səfirliyi qarşısında Qüds günü ilə əlaqədar piket keçirilib. Saxlanılan aksiya iştirakçıları Yasamal rayon 27-ci polis bölməsinə aparılıb.

Saxlanılanlarla bağlı AİP sədrinin müavini Akif Heydərli FaktXəbər-ə məlumat verib. Akif Heydərlinin bildirdiyinə görə, hazırda 44 nəfər polis bölməsində saxlanılır:

“Bizdə olan məlumata görə, hazırda Yasamal rayonunun 27-ci polis bölməsində 44 nəfər saxlanılır. Saxlanılanlar arasında qadınlar da var. Güman edirik ki, Yasamal rayon 27-c i polis bölməsindən Yasamal rayon Məhkəməsinə bir neçə nəfər göndərilib cərimə olunacaq və ya bir neçə günlük inzibati həbs alacaqlar. Hələ ki, heç kəs sərbəst buraxılmayıb. Dünyanın bütün ölkələrində müsəlmanlar, hətta qeyri-müsəlmanlar da Qüds gününü qeyd edir. Bundan başqa, rayonlardan gələn insanların qarşısı da alınıb. Masallı rayonunda Qüds günü ilə əlaqədar tədbir və piket keçirilməli idi. Lakin Azərbaycan İslam Partiyasının Masallı rayon komitəsinin sədri və üzvləri ötən gecə saxlanılıblar.”

Partiya sədrinin müavini onu da əlavə edib ki, keçirilən piketdən sonra partiyanın ofisinə polis əməkdaşları gələrək onları bölməyə dəvət edib:

“Nəsimi rayon polis əməkdaşları AİP-in ofisinə gəliblər. Bu günkü etirazın təşəbbüskarı AİP olduğuna görə, bizi polis bölməsinə dəvət etdilər. “İslamın səsi” saytının əməkdaşları ilə birlikdə mənim də izahatımı alıb sərbəst buraxdılar.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47076

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45235

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46820

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46450

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51991

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46110

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46608
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 01:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru