Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2014
14:27
1763
Qarabağ veteranı Prezident Aparatının qarşısında özünü yandırmağa cəhd etdi

Bir neçə dəqiqə bundan əvvəl Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü  Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında  yandırmağa cəhd etdi. Bizimyol.info xəbər verir ki, veteranın özünə qəsdə vadar edən səbəb məmur özbaşınalığıdır. F.Nəsibovun verdiyi məlumata görə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. O, üzləşdiyi haqsızlıqla bağlı hara şikayət etsə də sözünü eşidən olmayıb. Veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb. F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı PA-nın qarşısına ailəsi ilə birlikdə gəlmişdi. Hadisə ilə bağlı videogörüntü az sonra  yayımlanacaq. 

Bizimyol.info

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru