Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2014
20:12
1896
Sevinc Babayevanın oğlu azadlığa buraxıldı

Bakı Apelyasiya Məhkəməsində 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun apelyasiya şikayətinə baxılıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Ayxan Məmmədov “Favorit” marketinin 4-cü mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi, 59, “Tərlan” şadlıq sarayının yaxınlığındakı) filialından oğurluğa cəhd etməkdə təqsirləndirilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq və məhkəmə dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib./ans

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 08:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status