Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2014
14:56
İlham Əliyev gəldi, icra başçısı “sabunçulu Robinzon”u polisə apardı
Polislər "ada ev"in sakinlərini sürüyərək çölə atıblar - FOTO

Bakıda insanların əslində heç bir iri şəhərdə görməyə öyrəşmədiyi, ağlımıza gətirməkdə belə çətinlik çəkdiyimiz qeyri-adi bir “ada-ev” var. Bu gün o evin sakinlərinin başına sözün əsl mənasında oyun açıblar.

Belə ki, polislər Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin göstərişi ilə Hüseynovlar ailəsini bu gün sürüyərək daxmasından çölə çıxarıb. Onlar Post-Patrul Xidmətinin maşınına mindirilərək polis bölməsinə aparılıblar.

Bu məlumatı ev sahibi Ələkbər Hüseynov özü verdi. Ələkbər Hüseynovun sözlərinə görə, o və qardaşı Murad Hüseynov hazırda Sabunçu Rayon Məhkəməsindədirlər.

Hadisəyə isə prezident İlham Əliyevin bu gün Bakı Olimpiya Stadionundakı tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədilə Böyükşor qəsəbəsinə getməsi səbəb olub. Belə ki, prezidentin gəlişindən xəbər tutan icra başçısı həmin ailəni evindən çıxarıb. Məqsəd isə onların səslərini “batırmaq” olub.

Ələkbər Hüseynov bildirdi ki, əvvəl onların evinə nəzarət üçün iki polis əməkdaşı gəlib. Polislər ev sahiblərinə onlarla birlikdə evdə olacaqlarını, mənzildən çıxmamaq, gözə görünməmək üçün onlara nəzarət edəcəklərini deyiblər: “Biz buna etiraz etmədik. Daha sonra Sabunçunun icra başçısı Adil Vəliyev özü evimizə gəldi. Dedi ki, burada qala bilməzsiniz. İcra başçısı polislərə göstəriş verdi ki, bizi evdən zorla çıxarsınlar. Məni, qardaşımı, həyat yoldaşımı və iki uşağımı sürüyərək evdən çıxardılar. Fikirləşdilər ki, birdən biz evdən çıxıb prezidentə müraciət edərik, dərdimizi, məmurlardan şikayətimizi deyərik. Ona görə də bizi təcrid etdilər”.

Ə.Hüseynov həyat yoldaşı və iki uşağının icra nümayəndəliyinə, qardaşı Muradla onu isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinə aparıldığını söylədi. Hər iki qardaş daha sonra bölmədən Sabunçu Rayon Məhkəməsinə aparılıblar.

Ə.Hüseynov onlara qarşı polisə müqavimət maddəsi ilə ittiham irəli sürüldüyünü və hazırda məhkəmə binasında saxlanıldıqlarını dedi. Bu gün saat 15:00-da hakim İlqar Abbasovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, Hüseynovlar ailəsi evlərinin sökülməsinin müqabilində onlara verilən kompensasiyanın məbləği ilə razılaşmır. “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektindəki 12 saylı evdə (rəsmi ünvanları isə belədir: Böyükşor qəsəbəsi, 12) yaşayan Hüseynovlar ailəsi stadionun tikintisi ilə bağlı bütün qonşularının köçməsinə rəğmən heç yerə getməyəcəklərini deyirlər. Onlar bir ildən çoxdur ki, qaz, işıq və susuz qalıblar və ədalətli kompensasiya üçün Sabunçu RİH-lə mübahisə və mübarizədədirlər.

Hüseynovlar ailəsi evlərinin sahəsinin düzgün hesablanmadığını, onlara çatacaq kompensasiyanın az olduğunu deyir və 40 ildən artıqdır yaşadıqları sənədli evlərinin qanunsuz şəkildə sökülməsi cəhdinə etiraz edir.virtualaz.org

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3458

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 15:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru