Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2014
12:30
3908
20 Yanvar əlilindən prezidentə ürək dağlayan müraciət
"Ailəmlə birlikdə it damında əzablar içində yaşayıram"

Hacıqabul rayon, Qızılburun kənd sakini ikinci qrup 20 Yanvar əlili Dəmirov Yalçın Səməd oğlu FaktXəbər-ə müraciət edərək, dözülməz həyat şəraitindən şikayətlənib. Onun məktubunda deyilir:

"4 nəfərlik ailə üzvümlə birlikdə it damında əzablar içində yaşayıram. Evimizdə yuva salan ilanlar uşağımı sancdığı üçün ailəm artıq atası evində qalır. 24 ildir yuxusuzluq və bir sıra başqa xəstəliklərdən əziyyət çəkdiyim üçün dövlətdən aldığım  130 manat ailəmə, özümə güclə çatır. İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinə yüzlərlə məktub göndərmişəm. Lakin şikayətimə baxan yoxdur. Əliləm, mənə maşın da vermirlər. Deyirlər psixi sağlamlığın yerində deyil. Əgər sağlamlığın yerində deyilsə, onda mənə BC kateqoriyalı sürücülük vəsiqəsini necə veriblər? Heç bir hüququm tanınmır. Dövlət qurumlarına müraciət etdiyimə görə, yerli icra hakimiyyəti mənə təzyiq göstərir, bütün hüquqlarımı  tapdalayıb, məhv edir. Yerli icra məmuru  məni təhqir edib. Azadlıq uğrunda 14 yaşımda bədbəxt olmağımın peşmançılığın çəkirəm. Xahiş edirəm, mənim bu şikayətimi dərc edəsiz. Bəlkə qeyrətli məmur tapıldı və mənə kömək etdi.

Axı prezident bunlara deməyib ki, gedin əlilin evini, maşınını satın yeyin, pulunu yeyin. Prezident tapşırıb ki, bu vətən uğrunda canını qoyanların sosial müdafiəsi təmin edilsin, əlillərə qayğı göstərilsin. Amma bu yerli məmurlar mənə, ailəmə əzab verirlər. Üzümü cənab prezidentə tutub deyirəm, ümidim göydə Allaha, yerdə sizədir, məni bunların əlindən xilas edin!"

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 17:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status