Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2014
09:40
Belə `mədəni` sürücü görmüşdünüz?

Maşından küçəyə salfet səpələyən sürücünü DYP axtarır

Bu video iyulun 21-də səhər saatlarında Təhsil Nazirliyinin yaxınlığında çəkilib. Oxuculardan birinin Avtosfer.az saytına göndərdiyi videonu ona görə təqdim edirik ki, həm bu sürücü öz əməllərinə kənardan baxıb nəticə çıxarsın, həm də digərləri. Bəlkə də, çoxları bu hərəkətləri dəfələrlə edir, amma heç vaxt kənardan bu hərəkətin necə göründüyünü dərk etmirlər. Elə isə buyurun, baxın və fikrinizi yazın görək, kənardan necə görünür bu mənzərə? Görəsən, bu sürücüyə nə olub ki, dayanmadan sağa-sola salfet tullayır, insanların gözü qarşısında iyrənc hərəkətlər edir?

Yeri gəlmişkən, artıq bu videomaterial Avtosfer.az saytə tərəfindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim olunub. Sürücünün tapılıb məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Nəticəsi barədə məlumat verəcəyik.

Qeyd edək ki, avtomobildən küçəyə hər hansı tullantı atmağa görə İnzibati Xətalar Məcəlləsində sürücülər üçün 40, sərnişinlər üçün isə 30 manat cərimə nəzərdə tutulur. Cərimə bir yana, bu videonu yaymaqla həmin sürücünü mənəvi şəkildə cəzalandırmaq 40 manatdan qat-qat üstün olardı…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15117

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13767

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15165

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14789

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20135

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14669

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14778
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 22:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru