Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2014
17:16
Leyla Yunus yenə prokurorluğa getməkdən imtina edib

İyulun 22-də saat 13:45-də Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski dördüncü dəfə Leyla Yunusun mobil telefonuna zəng edib və onun və həyat yoldaşı Arif Yunusovun Baş Prokurorluğa dindirməyə gəlməsini tələb edib.

 Buna cavabda Leyla Yunus yenə təkrar edib ki, əvvəlcə prokurorluq onun və Arif Yunusovun aeroportda qanunsuz olaraq əllərindən alınmış pasportlarını və mənzilinin sənədlərini qaytarmalıdır.

 Yalnız bundan sonra onlar dindirməyə gələcəklər. Bu barədə Turan-a Leyla Yunus məlumat verib.

 Xatırladaq ki, prokruroluq jurnalist Rauf Mirqədirova qarşı Ermənistanın xeyrinə casusluq ittihamı ilə cinayət işi açıb. Guya Mirqədirov bu cinayəti Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun layihəsi çərçivəsində Ermənistana səfər edərkən törədib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 22:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com