Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2014
15:06
1222
Bakıda Qarabağ əlili özünü yandırdı

Ötən gün Bakının Xəzər rayonu ərazisində ağır intihar hadisəsi baş verib. Xəzər rayon prokurorunun köməkçisi İlqar Hacızadənin -ə verdiyi məlumata görə, hadisə axşam saaatlarında Buzovna qəsəbəsi Ordubadi küçəsi 29 ünvanında baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Əli Ənvər oğlu Həsənov üzərinə benzin tökərək özünə od vurub. Hadisə insanların gözü qarşısında baş verib. Dəhşətli hadisədən sonra Əli Həsənovun bədəni bütünlüklə yanıb. Ağır yanıq xəsarətlərilə xəstəxanaya aparılarkən Ə.Həsənov yolda ölüb. 

Qeyd edək ki, Əli Həsənov Qarabağ müharibəsi iştirakçısı alıb. Döyüşlərdə kontuziya alıb. Ə.Həsənov evi, ailəsi olmayıb.

“Nə ailəsi olub, nə evi, nə də valideynləri. Qohumlarının evində qalırmış. Hərə onu evində bir gün növbə ilə saxlayırmış”, - deyə İlqar Hacızadə bildirib.

Faktla bağlı araşdırma davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
74

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru