Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2014
10:53
Ramiz Mehdiyev yeni sədri təqdim edir

FaktXəbər-in verdiyi məlumata görə, ötən gün prezidentin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının komitənin kollektivinə təqdim olunma mərasimi keçirilir. Yeni sədri kollektivə Prezident Administrasiyasının icra aparatının rəhbəri Ramiz Mehdiyev təqdim edir. 

Qeyd edək ki, yeni sədr Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin, bir neçə kitabın müəllifidir. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
408

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 17:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru