Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2014
11:48
609
İraqda sünnilər və xristianlar Kərbəlaya sığınırlar

İraqın əl-Ənbar, Kərkuk və Mosul kimi əyalət və şəhərlərindən olan xristian sakinlər və sünnilər "İslam Dövləti" terror təşkilatının əlindən qaçaraq, müqəddəs Kərbəla şəhərinə sığınırlar.

İraq mətbuatına istinadla verilən xəbərə görə, indi on minlərlə insan döyüş gedən bölgələrdən köçərək, Kərbəla şəhərində yerləşiblər. Şəhərin valiliyi və yerli camaat bütün imkanlarını səfərbər edərək, pənah gətirən məcburi köçgünləri yerləşdirməyə çalışırlar.

Kərbəlanın valisi Əqil ət-Tarihinin sözlərinə görə, tarixdə belə hadisələr dəfələrlə baş verib və həmişə olduğu kimi, İmam Hüseyn (ə) şəhəri qapılarını dinindən və məzhəbindən asılı olmayaraq, bütün məzlumların üzünə açmışdır.

Xatırladaq ki, radikal sələfi əqidəli "İslam Dövləti" terror təşkilatı ötən həftənin cümə günü yaydığı bəyanatda, nəzarətində olan bölgələrdəki xristianlara yeni xilafətə beyət edib, cizyə ödəməyə ya da bölgəni iki gün ərzində tərk etmələrini istəyib.SalamNews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
263

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
352

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
235

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
266

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
217

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
245

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
255

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
543
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru