Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2014
15:12
Yasamal Rayon İcra Hakimiyyəti “Sovetski` sakinlərinə xəbərdarlıq etdi

Yasamal Rayon İcra Hakimiyyətindən “Sovetski" sakinlərinə xəbərdarlıq edilib. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov ANS -ə açıqlamasında bir neçə gün öncə “Sovetski” sakinlərini aşağı qiymətlə ev tikməklə aldadan tikinti şirkətindən söhbət açıb. O, qeyd edib ki, həmin tikinti şirkətinin əməkdaşları insanları aladaraq pullarını əllərindən almaq istəyiblər: 

“Hüquq mühafizə oraqanlarının səyi nəticəsində "Sovetski"də ikinci "Muray" hadisələrinin baş verməsinin qarşısı alındı.İnsanların mənzil şəraitlərinin yaxşılaşaması üçün gözəl şans yaranıb. Amma onları aldatmağa çalışdılar. Gələcəkdə də belə bir şirkətlər meydana çıxarsa sakinlər ilk növbədə Yasamal Rayon İcra Hakimiyətinə gəlsinlər. Onlar bilmədən gedib kimsə ilə müqavilə bağlamamalıdırlar. Sonra aldadılmış vəziyyətə düşməmək üçün belə hallara yol verməmək lazımdır". 

Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb. Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.

Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.

Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satmağı nəzərdə tutublar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
300

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
305

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
372

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
322

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
568

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
375

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
430
Şərhlər
V.f. Dadaş Quliyev tərəfindən 19-07-2014 10:47:16 tarixində yazıldı
Yasamal Rayon İcra Hakimiyyəti “Sovetski" sakinlərinə xəbərdarlıq etdi
Nəzərinizə çatdırıram ki , yasamal rayon igra başçısı özüdə inşahatçıdır və bilir ki , yaxşı pul qazana bilər, sovetlər dağılandövürdə və müstəqilliyimizin ilk ilərində tikintisində prorab kimi çalışmış iki reabilitatsiya mərkəzi tikintisində yaxşı qazana bilmişdir , belə ki tik6 ti bitdikdən sonra məlum olmuşdur ki , tikililərin zirzəmisi yoxdur bu günə qədər küllü miqdarda vəsayit xərclənir ki , binalar uşmasın...
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 19:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru