Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2014
14:20
838
ABŞ-ın İrəvandakı səfirindən ermənilərə yeni Qarabağ şərti

Amerikanın İrəvandakı səfiri Con Heffern yerli mətbuata verdiyi müsahibədə Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün əsas şərtin Dağlıq Qarabağla əlaqəli oluğunu bildirib.

Populyar erməni portallarından olan “Lragir”ə müsahibə verən Heffern vurğulayıb ki, Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün iki yolu var. Birinci yol indiki vəziyyətdə qalmaqla Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal Azərbaycana qaytarılması və Madrid prinsipləri əsasında bundan sonrakı prosedurların yerinə yetirilməsidir. İkinci yol isə dövlətin orientasiyasında kəskin dəyişiklik edərək NATO ilə tərəfdaşlıq yolu tutmasıdır.

Amma bu məsələni gündəmə gətirən erməni şərhçilər Avrasiya İtifaqına girmək istəyən Ermənistanın ikinci variantı gerçəkləşdiriləcəyinə imkanı olacağına inanmırlar. “Ölkənin suverenliyinin itirilməsi üzündən bir tərəfdaş kimi Ermənistana qarşı güclü etibarsızlıq yaranıb”,- deyə erməni şərhçi İqor Muradyan bildirib.

Yəni Muradyanın sözlərindən belə anlaşılır ki, Ermənistanın Dağlıq Qarabağ ətafındakı rayonları qaytararaq danışıqları davam etdirməkdən başqa yolu qalmayıb.ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
22

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
112

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru