Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2014
13:16
Masallıda polisi bıçaqla qovlayanı maskalılar apardı

Xəbər verdiymiz kimi bir neçə gün öncə Masallı rayonu Heydər Əliyev parkının yaxınlığında 20-25 yaşlarında gəncin polis serjantını nəlayiq söyüş söyərək, bıçaqla qovladığı barədə xəbər dərc etmişdik.

Ötən gün günorta saatlarında Masallı rayonunda maskalılar əməliyyat keçirirb.Əməliyyat zamanı bir nəfər gəncin başına torba keçirilərək aparılıb.Məlum olub ki,aparılan şəxs Masallı rayonunun Həsənli kənd sakini I qrup Qarabağ əlili Vüqar Eynullayevin oğlu İlqar Eynullayevdir.

Qarabağ əlilinin oğlu İlqar Eynullayev maskalıların Masallıda keçirdiyi əməliyyatdan sonra başına torpa keçirilərək naməlum istiqamətə aparılıb.Onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən aparıldığı güman olunur.

Qeyd edək ki, iyul ayının 15-dən 16-a keçən gecə saat 00.30 radələrində, Masallı rayonu Heydər Əliyev parkının yaxınlığında "VAZ 21074" markalı,10 LU 037 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən minik avtomobilinin ön tərəfində "şaravoy"u çıxıb və sürücü avtomobili yolun kənarında saxlayıb.

Bu zaman həmin ərazidə növbə çəkən Post Patrul Xidmətinin əməkdaşları rayon DYP-ə zəng edərək sürücünün qəza törətdiyini xəbər verib.Bir neçə dəqiqə keçməmiş Masallı Rayon Polis Şöbəsinin DYP-i bölməsinin əməkdaşları polis leytinantı Mirxas Təhməzov və polis serjantı Kənan Mövsümov həmən əraziyə gəlib.

Yol polisi sürücü ilə danışdığı zaman avtomobil yolundan keçən "Priora" markalı minik avtomobilinin qarşısını Post Patrul Xidmətinin əməkdaşı polis serjantı Vüqar Həsənov kəsib."Prirora" markalı minik avtomobilində olan Masallı rayonunun Həsənli kənd sakini I qrup Qarabağ əlili Vüqar Eynullayevin oğlu İlqar Eynullayev Post Patrul Xidmətinin əməkdaşını söyərək yoluna davam edib.Vəziyyətin qəlizləşdiyini, insanların onlara güldüyünü görən polis əməkdaşı xidməti avtomobilinə oturur.Çox keçmədən "Prirora" markalı avtomobil Heydər Əliyev parkının qarşısında peyda olur.Avtomobilin içində olan İlqar Eynullayev düşərək onun yolunu kəsən Post Patrul Xidmətinin əməkdaşı polis serjantı Vüqar Həsənovu axtarır.Birdən Qarabağ əlilinin oğlunun gözü Post Patrul Xidmətində oturan həmən polis serjantı Vüqar Həsənova sataşır.İlqar Eynullayev polis avtomobilinə yaxınlaşaraq "sən idin mənim yolumu kəsən ay səni filan filan olasan....." Bu zaman polis serjantı Vüqar Həsənov əlindəki rezin dəyənəklə İlqar Eynullayevi iki dəfə vurur.İlqar Eynullayev yerə yıxılır.Polis serjantı yanındakı cəbhə yoldaşlarına "götürün bunu qandallayın basın maşına", "mən deyirəm tutun bunun əl qolunu bağlayın atın maşına." Amma polis serjantı ilə birlikdə növbə çəkən polis əməkdaşları nədənsə İlqar Eynullayevin əllərini qandallaya bilmirlər.İlqar Eynullayev yerdən qalxaraq "dayan indi səni belə edəcəm...." Qaçaraq avtomobilindəki bıçağı götürür.Daha sonra polis serjantı Vüqar Həsənovun üstünə hücum çəkərək "sən idin məni dubinka ilə vuran?" "Bura gəl səni gör nə hala qoyacam." Polis serjantı Vüqar Həsənov əlindəki rezin dəyənəklə arxası ilədə İlqar Eynullayev əlində 15-20 sm bıçaqla polisi qovalamağa başlayır.Sonra polis serjantı Vüqar Həsənov əlindəki rezin dəyənəyi də yolun kənarında ataraq bir başa rayon polis şöbəsinə qaçır.Bir qədər keçməmiş qaçan polis serjantı Vüqar Həsənov və bir neçə polis zabitləri Masallı RPŞ-nin növbətçi hissə avtomobili ilə hadisə baş verən əraziyə yaxınlaşaraq həmən gəncin axtarışına başlayır.Cenubnews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3909

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 21:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru