Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2014
11:10
Baş pediatr xəbərdarlıq edir: `Uşaqlara banan yedirtməyin...`
“Normal böyüyən uşaqlarda iştaha küskünlüyü olmur”

Bunu K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, uşaqlarda durmadan çəki artımı baş verir və valideynlər də elə bilir ki, bu iştah küskünlüyüdür: “Yay fəsli isti keçdiyi üçün bədəndən maye itkisi sürətlənir, onu bərpa etmək lazımdır. Vaxtında bərpa olunmayanda uşaqların çəkisində kəskin artım baş verir. Valideynlərdə elə bilir ki, iştaha küsüb. Yay fəslinin həm də öz qulluğu, pəhrizi, qidalanma rasionu var. Yay mövsümü başlananda uşaq döş əmirsə, onda uşağı qətiyyən döşdən ayırmaq olmaz. Əgər digər qida qəbul edirsə, yay fəsli ərzində həmin qidanı dəyişmək də olmaz”.

N.Quliyev valideynlərə üz tutaraq deyir ki, uşaqların qidalanmasında yerli meyvələrdən bol istifadə etsinlər: “Zərərli meyvə yoxdur. Əsas məsələ ondadır ki, uşaqlara yaşadığı yerə uyğun meyvələr verilsin. Hazırda çox xoşagəlməz bir hal var, o da uşaqlara banan verilməsidir. Banan yeyən uşaqlarda klasiyorkor xəstəliyi yaranır ki, bu da Afrika qitəsinə, isti ölkələrə xas xəstəlikdir. Bu xəstəlik uşaqlarda qarnın böyüməsi, bədəndə ödemlərin əmələ gəlməsi, qan azlığı, rəngin avazıması, inkişafın geri qalması ilə xarakterizə olunur. Bananın tərkibində zülal yoxdur, əsas etibarilə karbohidrat var. Bədəndə zülalsız ödem inkişaf edir”.

Baş pediatr uşaqlara meyvələrin verilməsində valideynlərin səhvə yol verdiyini də vurğulayır: “Uşağa meyvənin şirə, yaxud püre halında verilməsi onun yaşıyla əlaqəlidır. Uşağın qida rasionuna meyvəni daxil etməyə başlayanda şirə halında verilməlidir. Püre şəklində vermək olmaz. Çünki onun tərkibində sellüloza çox olur. Ancaq 8 ayından sonra meyvəni püre şəklində vermək olar. Üç yaşından yuxarı uşaqlarda isə meyvəni böyüklər kimi qəbul edə bilərlər”.

N.Quliyev uşaqların immunitetini gücləndirmək üçün yay fəsli üçün bir çox vasitələrin olduğunu deyir: “Yayda valideynlər çalışmalıdırlar ki, uşaqların orqanizmi möhkəmlənsin. Məsələn, uşaqlar açıq havada gəzdirilməli, dəniz, gün vannası qəbul etməlidirlər. Bu da onların immunitetinin möhkəmlənməsinə təsir göstərən əsas amillərdəndir”.

Valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iqlim dəyişikliyinin uşaqların orqanizminə mənfi təsir göstərməsidir: “Uşaqlar iqlimini dəyişəndə, yəni bir yerdən başqa yerə getdəndə ən təhlükəli hal onların mikrobiosenozunun dəyişməsidir. Yəni yaşadığı yerdə bakteriyalara uyğunlaşır, amma iqlim dəyişikliyi olanda ətrafındakı bakteriyalar da dəyişir. Həmin bakteriyalardan biri də ona hər hansı bir xəstəlik yoluxdura bilər. Belə halların qarşısını almaq üçün uşaqların immunitetini gücləndirmək lazımdır. Bunun üçün onların düzgün qidalanmasına diqqət yetirməliyik”./modern.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43069

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41383

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42947

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42462

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47993

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42409

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42803
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 02:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru